Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÜZGÜ
is. 1. Qarşısındakı şeylərin şəkillərini əks etdirən, xüsusi surətdə pardaqlanmış şüşə lövhə; ayna. Bədənnüma güzgü. Cib güzgüsü. - Bir güzgüyə gər açıb gözünü; Güzgüdə görəydi öz-özünü. Füzuli. [Məşədi İbad] güzgüyə baxıb ora-burasını düzəldir. Ü.Hacıbəyov.
2. məc. Hər hansı hadisəni, prosesi özündə əks etdirən şey. Folklor xalqın həyatının güzgüsüdür. - Şairin şeri yaşadığı xalqın simasını göstərən bir güzgü olmalıdır. M.S.Ordubadi. Mən səni gördükcə gözlərim yanır; Sən ey gəncliyimin güzgüsü, bahar! S.Vurğun.
□□ Güzgü kimi - aydın, parlaq, açıq, aşkar, ləkəsiz, şəffaf, ayna kimi. Vaqifəm, yoxdur mənə cahi-zənəxdandan nicat; Göstərir əhvalımı aydın üzün güzgü kimi. M.P.Vaqif.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....