Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

GÜZƏRAN

is. [fars.] Dolanacaq, dirilik, yaşayış, həyat. Məktəbdə Səlimin güzəranı çox da gözəl keçməyirdi. İ.Musabəyov. [Nəbi:] Nədir bu güzəran, nədir bu həyat? Xalqa divan tutur biryığın cəllad! S.Rüstəm. Güzəran etmək - dolanmaq, yaşamaq, keçinmək. Kəndin camaatı hamısı maldarlıqla güzəran edir. Ə.Haqverdiyev. Bu kəndin əhli əkinçilik və çarvadarlıqla güzəran edərdi. S.S.Axundov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....