Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÜNÜ
is. 1. Köhnə məişətdə: birinci arvadın üstünə alınan ikinci və ya üçüncü arvad. Hacı evə günü gətirmək niyyətini Münəvvər xanımın qulağına elə doldurdu ki, arvadın heç ruhu da incimədi. Mir Cəlal. // Bu cür ailədəki arvadlardan hər biri. Günülərin davası. - [Nazlı:] Təzə arvad günüsündən hər gün ərinə bir söz deyir, əri də yazıq arvada sitəm eləyirmiş. Çəmənzəminli. Cırmaqlama, didişmə olur, günülərin
birisi digərinin xınalı saçlarını çəngə-çəngə yolurdu. S.Rəhimov.
2. məc. Düşmən, rəqib mənasında. Ancaq o çox sadədir; tərifi-zadı sevməz; Elə bil ki, şöhrətlə; qanlıbıçaq, günüdür. R.Rza. Günü düşmək - birilə düşünüşmək, düz gəlməmək, ziddinə getmək. ..Göyərçin çox-çox ildi ki, Gülsənəm qızla günü düşübdür. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....