İzahlı lüğət

GÜNƏŞ

is. 1. Planet sisteminin işıq və istilik verən, közərmiş böyük şar şəklində olan mərkəzi göy cismi; gün. Günəş işığı. Günəş də batanda rəngi saralır. - Toztorpaq göyün üzünü elə bürümüşdü ki, günəş görünmürdü. A.Şaiq. □ Günəş saatı
günəş işığı vasitəsilə vaxtı təyin etmək üçün siferblatlı cihaz. Günəş sistemi - Günəş və onun ətrafındakı planetlərdən ibarət göy cisimlərinin hamısı birlikdə. Şairi küsdürən dünyanı üzüb; Günəş sistemindən atmaq da azdır! M.Araz. Günəşin verdiyi işıq, istilik. Muğan günəşi adamı yandırırdı. M.İbrahimov. Günəş vannası müalicə məqsədilə bədəni açıq havada, günəş şüaları altında saxlama.
məc. Klassik şeirdə və folklorda gözəlin sifəti günəşə bənzədilir (adətən tərkiblərdə işlədilir). Günəş camallısan, gül yanaq ilən; Mən incəlib yengi aya dönmüşəm. M.P.Vaqif. O gül cəmalını, bilməm, nə üzlə vəsfi eləyim; Günəş deyim, gözəlim, ya deyim sitarə sənə?! Ə.Vahid.
□□ Günəşi batmaq - süqut etmək, əvvəlki şan-şöhrətini itirmək; inkişafdan qalmaq. Günəş gülmək (gülümsəmək) şair. - sevinmək, ruhlanmaq. Seyranə çıxıb dağda, çəməndə; Güldükcə günəş mən də gülərdim. Cavid. Təbiət dirçəldi, həyəcana gəldi; Günəş gülümsündü dağlar başından. Vahabzadə. Günəşi salamlamaq şair.
günəş doğan zaman oyaq olmaq, günəşin çıxmasını görmək. Keşikçilər günəşi salamlayır, şəhər üzərində açılan yeni, gözəl bir səhərin müjdəçisi olurlar. H.Seyidbəyli. Günəşin altı - dünya, aləm. [Qoca:] Lakin günəşin altında heç bir şey baqi deyil. Çəmənzəminli.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed