Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

GÜNDÜZ

is. Gecə-gündüzün işıqlı hissəsi; gündoğandan günbatana qədər olan müddət (gecə müqabili). Gündüz getmədiyin yolu gecə getmə. (Ata. sözü). Bir gün kişi diqqət eləyib görür ki, övrəti gündüzlər ayağına corab geymir.. C.Məmmədquluzadə. Yaşar .. gündüz bələdlədiyi yerə yönəldi. M.Rzaquluzadə. □ Gündüz(ün) günortaçağı bax günorta 1-ci mənada. Onlar gündüz günortaçağı küçə bazarçalarında atışar və istədikləri adamları öldürə də bilərdilər. M.S.Ordubadi. [Səlim bəy:] Gündüz günortaçağı buna mat qalmışam mən; Otuz at qaçırdıblar bəyliyin tövləsindən. S.Rüstəm.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....