İzahlı lüğət

GÜNDƏLİK

1. sif Hərgünkü, hər gün olan, hər gün baş verən, adi. Gündəlik rejim. - [Qətibə:] Həyatda yanılmamaq üçün onun sənə qarşı aldığı gündəlik vəziyyət və etdiyi söhbətlər barəsində mənə xəbər verməlisən... M.S.Ordubadi. // Hər gün çıxan. Hacı Səməd .. bu vaxt külfətə ya kitab, ya gündəlik qəzetlərdən oxuyardı. S.S.Axundov.
sif Birgünlük, bir gün üçün lazım olan. Gündəlik plan. Gündəlik məlumat. - Fatma cəhrəçilik edib bir növ gündəlik çörəyini qazanırdı. S.S.Axundov.
is. Ekspedisiya, tədqiqat, təcrübə, səyahət və s. zamanı aparılan müşahidələrin hər gün qeyd edildiyi dəftər. Gəmi gündəliyi. Yol gündəliyi.
is. Evə verilmiş tapşırıqları və aldığı qiymətləri yazmaq üçün şagird dəftəri. Dərs cədvəlini gündəliyə yazmaq. Atası oğlunun gündəliyinə baxdı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed