İzahlı lüğət

GÜN2

is. 1. Gecə-gündüzün səhərdən axşama qədərki işıqlı müddəti, günçıxandan günbatana qədərki dövr. Gün doğuşundan bəllidir. (Ata. sözü). Biz baxırıq özgə millətlərə,
.. deyirik ki, niyə onlar bazar günlərini tətil eləyirlər, niyə onlar eləsin, biz eləmiyək? C.Məmmədquluzadə.
Yerin öz oxu ətrafında bir dəfə dövr etdiyi (24 saatlıq) müddət; gecə-gündüz. ..Il var bir günə dəyməz; Gün var min aya dəyər. (Bayatı). Bu minval ilə üç gün keçdi. “Koroğlu”. □ Bir gün deyil, beş gün deyil
həmişə, daim. Biri gün (o birisi gün) - sabahdan sonrakı gün; sabah yox, o biri gün. Bu günlərdə - bu bir neçə gün ərzində, yaxın vaxtlarda. Inciyib məndən, eşitdim o gözəllər gözəli; Aramız, bəlkə, bu günlərdə, güman var, düzələ. Ə.Vahid. Bugünkü gündə
indi, hazırda. [Qızıl Arslan] Biz bugünkü gündə islahat işlərinə başladığımız zaman hər addımda Quranla qarşı-qarşıya gəlirik. M.S.Ordubadi. Ertəsi gün - bir gün sonra. Gün uzunu - bütün günü, bir günün ərzində. Gündə bir - hər gün, tez-tez. [Bahar:] Özgə kişilər övrətlərini gündə bir döyürlər, amma bu mənə heç bir çırtma da vurmur. Ə.Haqverdiyev. Günlərin bir günü - bax günün birində. [Əsgər:] Günlərin bir günü, axşam saat doqquzda bazardan gedirdim. Ü.Hacıbəyov. Günü axşam etmək (eləmək) - bütün gününü boş keçirmək, işsiz oturmaq, əbəs yerə gözləyə-gözləyə durmaq. Qərib günü axşam etdi. Şahsənəm çıxmadı. “Aşıq Qərib”. Günü bu gün - elə bu gün, gecikdirmədən, bu gündən o yana qalmayaraq. [Gülnaz:] Bax, mən daha səbir edə bilmirəm, günü bu gün atama deyəcəyəm. Ü.Hacıbəyov. Günü günə satmaq
gecikdirmək, yubatmaq, yubandırmaq. [Orxanın] Onsuz da kəndə getmək niyyəti vardı, ancaq günü günə sata-sata qalmışdı. İ.Məlikzadə. Günü sabah - elə sabah, gecikdirmədən, sabahdan sonraya qoymayaraq. Əgər siz mənə gəlsəniz, günü sabahdan onun talağını verib boşardım. E.Sultanov. Günün birində - bir gün, bir dəfə. Işçi dostlarına günün birində; Danışdı dərdini aşığım mənim.. M.Müşfıq. Günün günortaçağı - gündüz hava lap işıqkən. [Ələmdar:] Yoxsa görün günün günortaçağında adam da .. belə göz-görəsi özünü soydurarmı. S.Rəhimov. İki gündə (gündən) bir - b ax günaşırı. [Mirzə Həsən:] Oküzlə iki gündə bir hektar yer əkirsiniz. Ə.Haqverdiyev.
Müəyyən bir ictimai hadisəni qeyd etmək üçün təqvimdə təyin edilmiş gün. Qələbə günü. Qazmaçı günü. Müəllim günü. Gündə şəklində zərf - hər gün, mütəmadiyən. Gündə bir kərpic düşür; Omrümün sarayından. (Bayatı). [Səkinə:] Mən gündə bir uşaq doğan arvadı bir də qulluğa götürmərəm. H.Nəzərli. Gündə Peterburqdan Gorusa möhürlü paket gəlirdi. S.Rəhimov. Gündən-günə, günü-gündən şəklində zərf - bir gündə deyil, günlər keçdikcə, tədricən. Ah, mən gündən-günə bu gözəlləşən; Işıqlı dünyadan necə əl çəkim? M.Müşfiq. [Yasəmən:] Gördüyüm odur ki, maşallah, günü-gündən çiçək kimi açılırsan. S.Rəhman.
Vaxt, vaxtilə. Bir gün bilinər. - Gün oldu şairlər göyə çıxdılar. Ə.Cavad.
məc. Həyat, ömür, yaşayış, dolanacaq, güzəran. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. C.Məmmədquluzadə. Gün keçirmək, gün sürmək - yaşamaq, dolanmaq. Əmək çəkdim, gün keçirdim, gül əkdim. Ə.Cavad. Burda gün keçirir bir böyük şair; Yazar yazdığını həyata dair. S.Vurğun. Məhəbbətsiz, gözəlsiz gün keçirmək heç nədir, Vahid; Yenə sevmək, sevilmək yaxşıdır dünyaya baxdıqda. Ə.Vahid. Gün görməmək - pis yaşamaq. Yazıq ki dövranda bir gün görmədi; Bu aləm ruhuma dar, - dedi, getdi. M.Rahim.
Vəziyyət, hal mənasında. Yaxşı günün yoldaşı, yaman günüm düşdü gəl! (Ata. sözü). [Əziz:] A balam Qaraş, sən bilirsənmi Həsən əmi özü nə gündə idi? C.Məmmədquluzadə. □ Günə düşmək (qalmaq)
...vəziyyətə düşmək (adətən pis vəziyyəti bildirir). [Musa Fərhada:] Bu nə gündür düşübsən, ay binəva!.. Ə.Haqverdiyev. [Fatmaxanım:] Allah, gör mən nə günə düşmüşəm ki, bu kürd gədəsi də üzümə durubdu? N.Vəzirov.
dan. Əməkgün. Hər yoldaş işləyib gün alan zaman; Sən durub boynunu burma, a tənbəl! Aşıq Əli. Xırda xala qızışmışdı. Bir gün zəhmət çəkib arıtdığı toxuma Mustafa gün yazmaq istəmirdi. Mir Cəlal. Günüm şəklində - nəvaziş, mehribanlıq bildirmək üçün müraciət zamanı işlədilir; əzizim. - Ay nənə, bir nağıl de! - Ömrüm, günüm, yat daha. Ə.Cəmil.
□□ ...gün ağlamaq - dərdinə qalmaq, qayğısını çəkmək, gələcəyi haqqında düşünmək, fikirləşmək. .. Bu cürəti görən, duyan olmadı; Səndən mənə gün ağlayan olmadı. M.Araz. Gün qayıtmaq - 1) zenit nöqtəsindən qüruba doğru enmək, Günəş (gün) batmağa başlamaq; 2) gündüz uzanmağa (və ya qısalmağa) başlamaq. Novruzdan sonra gün qayıdır. Günü başa vurmaq - adətən əhəmiyyətsiz bir işlə məşğul olaraq günü tamamlamaq. Bu günümüzü də belə başa vurduq. Günü qara gəlmək - yaşayışı pisləşmək, fənalaşmaq. Gündən-günə günü qara gələn sadə insana zülm üstündən zülm edilmişdir. S.Rəhimov. Günü qara olmaq - yaşayışı, dolanacağı, həyatı pis olmaq. [Salatın:] Məndən sonra anamın günü qara olacaq, qardaşım bu dərdə dözə bilməyəcək. İ.Şıxlı. Gününü göy əsgiyə düymək (bükmək) - b ax gününü qara eləmək. Gününü qara eləmək (etmək) - həyatını zəhərləmək, iztirab və mənəvi işgəncə vermək. Baxa-baxa xalü xəttə, üzarə; Zakirin gününü eylədin qarə. Q.Zakir.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed