Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

GÜLÜŞ

is. 1. Şadlıq, sevinc, məmnunluq və s. xarakter hisslərin ifadəsi olaraq ağızdan çıxan qırıq-qırıq səslər. Acı gülüş. Şən gülüş. - Əvvəl [Ceyranın] üzündə, danışığında istehzanı andıran bir gülüş vardı. S.Hüseyn. Gülün, elə gülün ki; Çatsın qulaqlarıma; Sizin gülüşləriniz. B.Vahabzadə. // İstehza. “Molla Nəsrəddin”in gülüşü kəskin bir gülüş, öldürücü bir satira idi. M.İbrahimov. Mərdan güldü. Onun gülüşü quru, qeyri-təbii çıxdı. H.Seyidbəyli.
Gülmə, şənlənmə, zarafat. Qədim vaxtlar komediyanı yunanilər gülüş üçün çıxardırlardı. N.Nərimanov.
məc. Sevinc, şadlıq, şənlik. Uca ağaclardakı yarpaqlar büzüşdü, onların gülüşü matəmə döndü. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....