Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÜCLÜ
sif 1. Fiziki qüvvəsi çox olan, fiziki cəhətdən inkişaf etmiş; qüvvəli (insan və heyvan haqqında). Güclü adam. Güclü at. - Qollar güclü, qollar gərgin, ağır daşlar; Qaldırılır üfüqlərə. M.Müşfiq. [Sevinc:] Bu mübarizədə qalib çıxmaq üçün gərək ağlın iti olsun, qolun da güclü! Z.Xəlil. // İs. mənasında. Güclü, qüvvətli adam. Sən zəlil ol, eybi yox, qoy güclü çəksin ləzzəti. M.Ə.Sabir. Xeyr, bu heç olmaz, güclü gücsüzdən intiqam almaz. H.Cavid.
Möhkəm, dayanıqlı, səbatlı, mətanətli. Güclü iradə. - “Fırlanır” sözüylə o güclü insan; Qırdı mövhumatın sərt buzlarını. B.Vahabzadə.
Yaxşı silahlanmış, böyük müdafiə və hücum imkanlarına malik olan. Güclü ordu. [Nüşabə:] Düşmən həm güclüdür, həm də hiyləgər; Qüvvətlə, hiyləylə qazanır zəfər. A.Şaiq.
Böyük nüfuz qüvvəsi olan; qüdrətli. Güclü dövlət.
Şiddətli, qüvvətli, bərk. Güclü isti. Güclü işıq. Güclü ağrı. Güclü şaxta. - Ətraf güclü yağışdan tərtəmiz yuyulmuşdu. S.Vəliyev. // Böyük, dərin. Güclü arzu. Güclü hiss. Güclü nifrət.
İstedadlı, bilikli, bacarıqlı, hazırlıqlı. İndi Bakı neft sənayesi, şöhrəti uzaqlara yayılmış güclü mütəxəssislərə malikdir. (Qəzetlərdən). // Öz işini yaxşı bilən, yaxşı yerinə yetirən; bacarıqlı, qabiliyyətli. Güclü tələbə. Güclü üzgüçü. Güclü pianoçu. // Yaxşı məlumatlı, bilikli. Ruscadan güclüdür.
Bərk, möhkəm. Güclü zərbə. - Qapıya güclü bir təpik vurdu. H.Seyidbəyli.
Böyük istehsal imkanlarına və qüvvəsinə malik olan. Güclü zavod.
Böyük təsir qüvvəsinə malik olan; çox təsirli. Güclü nitq. Güclü söz.
Uzaqdan eşidilən, çox bərk (səs haqqında). Güclü partlayış səsləri ətrafı bürüdü, torpaq göyə sovruldu. S.Vəliyev.
Yaxşı məhsul verən, yaxşı məhsul yetirən; bərəkətli, münbit. Güclü torpaq. // Yaxşı inkişaf edən, tez böyüyən, tez məhsul verən. Güclü ağac.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....