Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÖZLƏŞMƏK
qarş. 1. Başqalarına hiss etdirmədən bir-birinə baxaraq göz vurmaq, gözlə işarə etmək. Bir-birilə gözləşmək.
Bəylər himləşib gözləşirlər. Ü.Hacıbəyov.
..Onlar bir-birilə bic-bic gözləşirdilər. S.Rəhimov.
2. Bir-birinin gözünün içinə baxmaq, gözünü dikmək. Ana və bala gözləşdilər. - [İsfəndiyar] hərəkətsiz qalıb məstan pişiklə xeyli müddət gözləşdi. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla