Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÖZLƏMƏ
1. “Gözləmək” dən f.is.
□□ Gözləmə otağı (salonu, zalı) - səmişinlərin qatarı, avtobusu və s.-ni gözləmələri üçün ayrılmış otaq (salon, zal). Gözləmə otağı çox soyuq idi. S.Rəhimov. // Qəbula gələn şəxslərin oturub gözlədikləri otaq. [Qaçay] Gözləmə otağındakı enli skamyada uzandı. İ.Məlikzadə.
İki və ya bir neçə adam arasında təyin edilmiş görüş. Onların dördü də öz yerində durmuşdu, yenə də gözləmələri var idi. M.S.Ordubadi.
Arzu, istək, həsrət, ümid, intizar. Dərd məni almadımı? Döşəyə salmadımı? Çox gözləməm var idi; Gözümdə qalmadımı? (Bayatı). [Kərbəlayı Rəcəb:] Xanım, doğrudur, ömür keçir, gün keçir, ancaq mənim bir gözləməm var. N.Vəzirov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....