Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

GÖZ-QULAQ

göz-qulaq olmaq - muğayat olmaq, nəzarət etmək, baxmaq, gözdən qoymamaq. Uşaqdan göz-qulaq ol. - [Hacı Murad:] Sənin [işin] odur ki, göz-qulaq olasan, o nökər şeydən-zaddan oğurlamasın. S.S.Axundov. [Qurban:] Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzində öpsün və onlardan göz-qulaq olsun. A.Şaiq. [Professor:] Elədir, [fotoqrafın] üstündə göz-qulaq olmalıyıq. Q.İlkin. Göz(də)qulaqda olmaq - bütün diqqətilə baxmaq, ayıq olmaq, gözdən qaçırmamaq. [Pəri:] İndi mən gərək həmişə gözdə-qulaqda olam. Ə.Məmmədxanlı. Teymur həmişə gözdəqulaqda olur, elə bil nə isə axtarırdı. H.Seyidbəyli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....