Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÖZ-QAŞ
top. Gözlər və qaşlar bir yerdə. Göz-qaşı qara qız. - Dağların başı qardır; Ustündə daşı vardır; Burdan keçən gözəlin; Əcəb göz-qaşı vardır. (Bayatı). [Qurban:] Mən kimdən əskiyəm? Bu mənim qəddü qamətim, bu mənim göz-qaşım. Ə.Haqverdiyev. □ Göz-qaş atmaq - bax gözqaş etmək (eləmək). Hər gün bir “afətə” göz-qaş atdı o; Mənsəbin gücünə at oynatdı o.. B.Vahabzadə. Göz-qaş etmək (eləmək)
göz və qaşlarının hərəkətilə işarə etmək, bildirmək, xəbər vermək. [Nazlı:] Bizdə belədir. Elə ki oğlan ürəyinə yatdı, əvvəlcə ona göz-qaş elə. Ə.Məmmədxanlı. [Rəşid:] Anam mənə göz-qaş eləyib, çardağın dalına çağırdı. İ.Hüseynov. Göz-qaşını oynatmaq - gözlərini, qaşlarını, üz əzələlərini tərpədərək ədabazlıq etmək, oyun çıxartmaq.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....