Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÖY3
1. sif. Yaşıl. Göy meşə. Göy çəmən. Göy göyərçin. - Seyrə çıxar uşaqlar; Göy çəməndə oynaşar. A.Səhhət. [Dərviş:] ..Göy ot döşəyim, qara daş yastığım, enli yarpaqlar yorğanım idi! A.Divanbəyoğlu. Budur Azərbaycan - Şirvan, Qarabağ; Vətənin sevdalı göy yaylaqları. M.Rahim.
sif Yetişməmiş, dəyməmiş, kal. Göy nar. Göy alça. - [Bahar vaxtı] yetişməyə başlayan meyvələrə gəldikdə biz onların dəyməyini gözləməzdik. Göy (z.) olmağına baxmayaraq .. yeyərdik. S.S.Axundov. Günəş
işığında .. yetişməmiş göy meyvələr görünürdü. İ.Əfəndiyev.
B ax göyərti. Üç dəstə göy. Göy qutabı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....