Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÖTÜR-QOY
is. Mülahizə, fikir, məsləhət, müzakirə. Bir çox götür-qoydan sonra qızlar səpini qurtaran kimi Xanpərinin sahəsinə getməyi qərara aldılar. Ə.Vəliyev. Bütün bu tərəddüdlər və götür-qoylardan bezikən Sona, çarşabına bürünüb həyətdən çıxdı. Ə.Əbülhəsən. Nəcəfalıgildə götür-qoy uzun çəkdi. B.Bayramov.
□□ Götür-qoy etmək (eləmək) - mülahizə etmək, ətraflı fikirləşmək, müzakirə etmək, ölçüb-biçmək. Biz çox götür-qoy etdikdən sonra yenə də onun evinə girməyi, hərgah müqavimət göstərərsə edam etməyi qərara almışdıq. M.S.Ordubadi. Kosa çox götür-qoy etdikdən sonra.. qara qıfilı qapıya bənd etmiş və yollanıb kəndə getmişdi. S.Rəhimov. Bütün əhvalatı o dönə-dönə; Götür-qoy eləyir bir də dərindən. B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....