Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÖRÜŞ
is. 1. Görmə işi, görmə qabiliyyəti, görmə. Yaxşı şəkil çəkmək uşaqların görüş və müşahidə bacarığını artırır. “Az. məkt.” İki və ya bir neçə nəfərin əvvəlcədən müəyyənləşdirilmiş vaxtda və yerdə təyin etdikləri görüşmə. Görüş təyin etmək. - Firidun və Kərimxan Azadi ehtiyat üçün ikinci bir görüş yeri də təyin etmişdilər. M.İbrahimov. // İki sevgilinin görüşməsi. Görüşə getmək. - Dilşad Fəxrəddinin görüşə gəlməyəcəyini yəqin etsə belə, yenə haman görüş yerinə getməyə tələsirdi. M.S.Ordubadi. // Uzaq bir yerdən gəlmiş adamla görüşmə. [Məmmədhəsən əmi:] ..Birisi getdi ziyarətə, gəldi evinə, heç kəs getmədi onun görüşünə. Məmmədquluzadə. Müəllimin gəlməsindən xəbər tutan kəndlilər axşam onun görüşünə gəldilər. S.Hüseyn. // Görkəmli bir şəxslə tanış olmaq və söhbət etmək üçün təşkil edilən məclis. Görüş saat 5-də olacaqdı.
Yarışma, yarış. Dostluq görüşü.
Məhbusla onun qohumlarının icazə ilə rəsmi görüşməsi. Görüş vermək. Görüş almaq. Görüş vaxtı qurtardı. - Günortadan xeyli sonra [Kərimxanı] ölüm kamerasından çıxarıb balaca və nəm iyi verən görüş otağına apardılar. M.İbrahimov.
Hadisələrə, fikirlərə və ya başqa şeyə verilən qiymət, onlar haqqında rəy, fikir, nöqteyi-nəzər. O yaşda olan bu qocada bu görüş, bu yenilik bizdə görünməmiş şeydir. Şaiq. “Molla Nəsrəddin”in ictimaigörüşləri, ideal və meyilləri tezliklə hamıya bəlli oldu. M.İbrahimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....