Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÖRÜNMƏZ
sif. 1. Görünməmiş, bu vaxta qədər olmamış; qəribə, təəccüblü, əcaib. [Nəbi:] Heç görünməz iş? ...Udubdur! S.S.Axundov.
2. Görünməyən, açıqda olmayan, gizli. ..Kimisi örtülü bazarın görünməz bir guşəsində öz ticarət yerini rahatlayırdı. S.Rəhimov. Sanki görünməz .. bir əl uzanaraq Mayanın qanadlarını doğrayıb yerə tökmüşdü. M.İbrahimov. □ Görünməz olmaq - gözdən itmək, daha görünməmək. Qaranlıqda görünməz olmaq. - Günəş dağlar arasına keçərək görünməz olduqda mən də şəhərə daxil oldum. S.S.Axundov. Qaraltılar uzaqlaşıb görünməz oldular. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....