Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÖRÜNMƏK
f 1. Gözlə qavranılmaq, göz qarşısına çıxmaq, nəzərə çarpmaq. Uşaq kimi görünmək. - Qonşu toyuğu qaz görünür qonşuya; Seyyid, öz yarıvı tut, özgə nigarı nə gərəkdir. S.Ə.Şirvani. Ancaq sol tərəfdə vağzalın çıraqlarıparlaq görünürdü. S.M.Qənizadə. Otağın küncündə bir dəyirmi masa görünürdü. Çəmənzəminli.
Zahir olmaq, peyda olmaq, nəzərə dəymək. O gecənin sabahı Sarıköynəyin əri yenə kənddə göründü. S.Hüseyn. Qırx-əlli il bundan əvvəl kəndin yaxınlığında birpələng görünmüşdü. A.Şaiq. [Gəldiyev] gündüz iki saat idarəyə qaçıb görünür, qayıdırdı. Mir Cəlal. // Müəyyən bir təsir bağışlamaq. Zahirən zəif görünür. - Bu keyfiyyət olara xeyli qəribə göründü. M.F.Axundzadə. Hesab edilmək, ...kimi gəlmək. Cənnət kimi görünmək. - Bax, yalançı tapıldı çünki çoban; Doğru derkən sözü göründü yalan. M.Ə.Sabir. [Ruqiyyə:] Onu-bunu mən bilmirəm, sizin əhalidən bizim əhali təmiz görünür. A.Divanbəyoğlu.
dan. Bir yerə gəlmək, təsadüf edilmək (əsasən inkar şəklində işlədilir). Çoxdandır görünmürsən. - Lətifə yenə də görünmürdü. M.Hüseyn.
Görünür, görünür ki şəklində - “deyəsən”, “yəqin” mənasında ehtimal bildirir. [Cəmil bəy Bəypolada:] Görünür ki, bizim yerin adətindən əsla xəbəriniz yoxdur. H.Cavid. [Asya:] Görünür ki, qız gədəyə çox bənd olubdur. U.Hacıbəyov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....