İzahlı lüğət

GÖRMƏK

f 1. Gözləri ilə qavramaq. Öz gözü ilə görmək. Evi görmək. Hadisəni öz gözümlə gördüm. - [Telli:] Vallah, xanım, elə görməmişdən ərə getmək lazımdır, yoxsa əvvəl görəndə daha sonra yaxşı olmur. Ü.Hacıbəyov. // Görmə qüvvəsinə malik olmaq. Gözüm zəif görür. Çeşməklə yaxşı görürəm.
Təsadüf etmək, rastlaşmaq. Nə vaxtdır onu görmürəm. - [Səlim:] Gəzdim, dolandım, uğradım hər yerə; Mən böylə bir qadın görmədim hələ. H.Cavid. [Balaş:] Heç bilmirəm nə edim? Qonaqlar da [Atakişini] görmək istəyir. C.Cabbarlı. // Şəxsən görüşmək. Müdiri görməyə getmək. // Yoluxmaq, yoxlamaq, baş çəkmək. Xəstəni görməyə getdi. Qız görmək üçün gedib. - Ceyran, oğlunu görmək bəhanəsilə hər gün Eldarın evinə gedir. S.Hüseyn.
Başa düşmək, anlamaq, duymaq, hiss etmək. Özüm görürəm ki, ... - Qəssab Alı gördü ki, bu müştəri lap göydəndüşmədi. “Koroğlu”. Əşrəf gördü ki, hesabdarlıq Nazlının çox xoşuna gəlir. S.Rəhman. // Hesab etmək, hiss etmək, tapmaq. Mən burada pis bir niyyət görmürəm. Görməyə nail olmaq, qismət olmaq, nəsib olmaq. Oğlunun toyunu görmək. Yaxşı günlər görmək. - Səlma da aqibət xoş bir gün görür. H.Cavid. Uzaq deyil, bu günsabah görəcəyik o günləri; Yenə qanad açacaqdır eşq adlanan gözəlpəri. S.Vurğun.
Təsəvvürünə gətirmək, fikrən təsəvvür etmək, xəyalına, gözünün qabağına gətirmək. ..Qəhrəman öz uşaqlıq günlərini görürdü. S.Rəhimov. Qambayev dəhşətli sonun yaxınlaşdığını görürdü. S.Rəhman.
Müəyyən etmək, bəlli etmək, aşkara çıxarmaq. Aşkardı ki, hər iş sahibi ilin axırında .. dəftərləri qoyar qabağına və başlar hesab etməyə ki, görsün qazancı nə olub və zərəri nə olub. C.Məmmədquluzadə.
Çatmaq, bəs eləmək, kifayət etmək. Bu çörək iki günə bizi görər. - [Bədəl:] Əvvəla, Rəhim xandan gətirdiyimiz sursat neçə müddət bizi görər? Ə.Haqverdiyev.
dan. Görüşüb danışmaq, görüşüb məsləhətləşmək, razılığını almaq. Onu görmək lazımdır. Adam görmək lazımdır. // məc. dan. Qabaqca görüb rüşvət vermək. Koxanı gör, kəndi çap. (Ata. sözü). Dövlətli qabaqcadan vəziri görmüş imiş, vəzir də hökmü təsdiq edir. “M.N.lətif.”
Etmək, icra etmək, yerinə yetirmək. [Mərcan bəy:] Qoymursan ki, mən öz işimi özüm görüm. Ü.Hacıbəyov. Ballı.. çay tədarükü görməyə başladı. A.Şaiq.
Şübhələnmək, təqsirləndirmək. Kimdən görürsən? - Mərd Allahından görər, namərd yoldaşından. (Ata. sözü). [Oğurluğu] çayxana sahibi kəndlilərdən görürdü. Mir Cəlal.
Keçirmək, çəkmək, giriftar olmaq, uğramaq. Kasıblıq görmək. Çox çətinlik görmək. Xəstəlik görmək. - Bağın, əkinin xeyrini bəylər görəcəkmiş; Toxm əkməyə dehqanları neylərdin, ilahi?! M.Ə.Sabir.
Gəzmək, yaşamaq, olmaq. Çox yer görmək. Əmr şəklində gör - a) təəccüb, heyrət bildirir. Gör nə gözəl oxuyur. Gör nə qədər adam var. Gör nə böyük ilandır. Gör necə özündən çıxır; b) bax gör, yoxla, öyrən mənasında. Gör o hara getdi. Gör bir şey öyrənə bilərsənmi? Gör bacara bilərsənmi?
hədə, qorxu bildirir. Gör ona nə toy tutacaqlar. Gör onun dərsini necə verəcəyəm. Görək şəklində - intizar, qeyri-müəyyənlik bildirir. Görək bu işdən nə çıxar? Görək axırı nə olar? Görüm şəklində - a) təkid, israr bildirir. - Ə, de görüm, niyə mürüvvətin yoxdur, hə? .. - deyə, Xəlil ani və sərt bir nəzərlə Şahmara baxıb, yenə gözlərini çəkdi. M.Hüseyn; b) arzu, istək bildirir. Görüm böyük oğlan olasan. - [Məsmə:] O ki uşaqları oxutmaq, adam eləmək istəyir, onu görüm yüz yaşasın! Mir Cəlal.
Bir sıra isimlərdən sonra gələrək mürəkkəb feil və müxtəlif ifadələr əmələ gətirir; məs.: məsləhət görmək, isti-soyuq görmək, yolunu görmək.
□□ Gördüm deyən olmadı - heç kəs görmədi, tapılmadı, itdi, yoxa çıxdı. Cənnətəli Nurəddin ilə bərabər beş gün qohumunu axtardı, amma gördüm deyən olmadı. S.S.Axundov. Gördüyünü götürmək - gördüyü şeyi yadda saxlamaq, tez mənimsəmək, tez öyrənmək, zehnən qavramaq. Uşaq gördüyünü götürər. - Sarı qayda-qanunu nisbətən çox tez qavrayırdı və gördüyünü götürürdü. S.Rəhimov. Görməyə gözü olmamaq zəhləsi getmək, qətiyyən xoşu gəlməmək, nifrət etmək. ..Vəzir-vüzəranın Molla Nəsrəddini görməyə gözləri yox idi. “M.N.lətif.”.
görə-görə zərf Bir şeyi gördüyü halda, bildiyi halda, bilə-bilə. [Yusif:] Görə-görə özümü cürbəcür bəlalara giriftar edirəm.. N.Nərimanov. [Fərhad:] Ana, gərək sən də mənim kimi oğrunu görə-görə xalq sözünə qulaq asmaya idin. Ə.Haqverdiyev.
□□ Göz görə-görə - göz gördüyü halda, hamının gözü qabağında, açıq-aşkar. Göz görə-görə oğurlamaq. - [Hacı Sultan] ..göz görə-görə başqasının udmasına razı ola bilmirdi. S.Hüseyn.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

GEC

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed