Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÖRKƏM
is. 1. Xarici, ümumi görünüş. Xarici görkəm. Yaxşı, səliqəli görkəmi var. Görkəmini dəyişmək. - Tanrı elə görkəm vermişdi ona; Görənlər az qala cadulanırdı. Şəhriyar. İnsanın daxili vəziyyətini, hissiyyatını, xasiyyətini əks etdirən sifəti, zahiri siması, görünüşü. Zəhmli görkəm. Ciddi görkəm. Xəstə görkəm. - [Məryəm] gah sərt bir görkəm alıb Səlimə acıqlanır, gah özündən kənar edirdi. H.Seyidbəyli. □ Görkəm almaq - daxili vəziyyəti və hissiyyatı zahiri görünüşündə ifadə etmək. Sərhəng Firiduna baxıb ciddi və bir az da sərt görkəm aldı.. M.İbrahimov. Göz önündə açılan təbiət mənzərəsi; mənzərə, görünüş. Meşənin görkəmi. - Hər yamacın bir baharı; Hər dağın bir görkəmi var. M.Müşfiq. Baharın öz görkəmi; Qışın da öz xətti var. S.Rüstəm. Dağyolu hər yerdə bir görkəm alır; Meşədən keçərək, çaydan keçərək. H.Arif.
Bax görk. Aqrotexniki tədbirlərdən elə-belə görkəm üçün danışırdılar. (Qəzetlərdən).
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....