Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÖMÜLMƏK
məch. 1. Basdırılmaq, quyulanmaq, torpaq altında gizlədilmək. Kəndimizin ən yaxşı adamları orada torpağa gömüldü. Ə.Məmmədxanlı. □ Qaranlığa (zülmətə) gömülmək - qaranlığa, zülmətə qərq olmaq, qaranlığa batmaq. Maşının işığı qılınc kimi Mərdanın gözlərinə sancıldı. Sonra ustanın gözlərində hər şey qaranlığa gömüldü. H.Seyidbəyli. Aynabəndi sağsoldan meyvə ağacları bürümüş, alçaq ev zülmətə gömülmüşdü. I.Hüseynov.
məc. Məhv edilmək, yox edilmək, puça çıxarılmaq. Nə könlü açıldı, nə güldü qəlbi; Anamın torpağa gömüldü qəlbi. O.Sarıvəlli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....