Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÖMGÖY2
1. sif. Tünd-yaşıl, yamyaşıl; hər tərəfi yaşıl. Gömgöy parça. - Quşlar gömgöy budaqlarda oturub oxuşurdular. S.S.Axundov. Ortada gömgöy otlarda atlaz kimi döşənmiş geniş bir meydan vardı. M.Rzaquluzadə.
zərf Soyuqdan, hirsdən göyərmiş. Hirsindən gömgöy olmaq. - İşləmiş qanına bu quduz şaxta; Qalın dodaqları gömgöy kəsilir. S.Vurğun. [Şamxalın] gicgahlarındakı damarlar gömgöy göyərib şişdi, az qaldı ki, partlasın. İ.Şıxlı.
is. Zərbə və s. nəticəsində bədənin hər hansı bir yerində əmələ gələn tünd-göy ləkə. Qonşular hələ o vaxt deyirdilər ki, Minayənin üzü-gözü gömgöydür, cırıq-cırıqdır. Ə.Əbülhəsən. □ Gömgöy göyərmək - göy ləkələr əmələ gəlmək, bərk göyərmək. [Səriyyə:] Hələ bu gün səhər məni o qədər vurublar ki, əndamım gömgöy göyərib. C.Cabbarlı. Özü yoxsul balası, həm də qərib; Üz-gözü gör necə gömgöy göyərib. Ə.Vahid.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....