Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÖL
is. 1. Dənizlə bilavasitə əlaqəsi olmayan təbii su hövzəsi. Aral gölü. Göy göl. Şor göl. - Bir göl içrə üzürdü bir yekə qaz; Ozünə fəxr edib uzatdı boğaz. S.Ə.Şirvani. Quşlar uçur göylərdə; Ordək üzür göllərdə. Səhhət. // Süni surətdə düzəldilmiş böyük su anbarı; dəryaça. Mingəçevir gölü. // b ax gölməçə. Küçədə göllər əmələ gəlmişdi. Hələ tamam qurumamış yağış gölləri; Üzərində bulud-bulud uçur milçəklər. S.Vurğun. Göl bağlamaq - bir yerə yığılıb qalmaq, axmamaq (mayelər haqqında). Qan göl bağlamışdı. - Daşı ağzından götürüb gördüm ki, hinin içi göl bağlamış, var səsimlə: - Boğulmuş! - deyə bağırdım. A.Şaiq.
2. məc. Təşbeh kimi bir şeyin çox olduğu “yer” mənasında. Qəm gölündə üzmək. Ələsgər qurbandı belə gəlinə; Sona kimi cumub eşqin gölünə. Aşıq Ələsgər. Bir dəstə cavan və igid oğlan atəş gölündə üzür, əridilmiş odda çimirdi. Ə.Vəliyev.
□□ Göl iyiri bot. - yerlə sürünən kökümsov gövdəli çoxillik bitki.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....