Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GÖBƏLƏK
is. 1. bot. Xlorofili olmayan, əsasən sporlar vasitəsilə çoxalan ibtidai bitki. Yeməli göbələk. Zəhərli göbələklər. - Uşaqları tapıb, çiyələk, göbələk toplamağa, ya dərədə daşlar arasında balıq tutmağa gedirdik. A.Şaiq. [Sona:] Bilirsən, Eyvaz, biz göbələk yığmağa getmişdik, bir göbələk tapmışıq... C.Cabbarlı.
2. Bir sıra dəri xəstəliklərinin əmələ gəlməsinə səbəb olan bitki mikroorqanizmləri. Göbələk xəstəlikləri.
□□ Göbələk kimi yerdən çıxmaq (göyərmək) - tez və bollu meydana gəlmək, törəmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....