Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

GORBAGOR

is. [fars.] Ölmüş adam haqqında söyüş məqamında işlənir. [Fəxrəddin:] Onun [Qətibənin] gorbagor atasının qızın səadətini əlindən aldığı bəs olmadımı? M.S.Ordubadi. [Ələmdar:] [Məşədi] qırsaqqız oğlu qır-saqqız, elə bil o gorbagor Hacı Abtalıbın özüdür ki, qəbirdən xortduyub.. S.Rəhimov.
□□ Gorbagor etmək - ölmüş bir adamı rüsvay etmək, təhqir etmək, dalınca söymək. Birisi Hacı Manafdır, özü Uryan oğlu; Gör mən indi edərəm gorbagor ol üryanı. S.Ə.Şirvani. Gorbagor olmaq - ölmək, gəbərmək (söyüş kimi işlənir). [Səfər:] Bilirəm, dədə-babam gorbagor olacaq! Cəhənnəmə, ondan mənə bir zərər yoxdur. C.Cabbarlı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....