Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GOP
is. dan. 1. Mübaliğəli danışıq; şişirdilmiş, uydurma söhbətlər. [Qadir kişinin] bu cür gopları çox vaxtyerinə düşərdi. Ə.Sadıq. Əhməd oğurluğun şərtlərindən xeyli danışdı. Daha onun gopunu eşitmək istəməyən Fərman Əhmədin qolundan tutub çəkdi. Ə.Abasov. □ Gop vurmaq - bax gopa basmaq. [Bahar:] Qoyasan elə axşamadək özündən gop vurub danışa. Ə.Haqverdiyev. Gopa basmaq - bir şeyi, hadisəni çox şişirdərək danışmaq, mübaliğə ilə danışmaq. [Səttar:] Gədə, - dedi, - çox gopa basıb uşaqları qorxuzma! P.Makulu.
2. Yalan, uydurma, mübaliğə, şişirdilmiş şey.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....