Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GİZLİCƏ
zərf 1. Heç kəs görmədən, gözə görünmədən; xəlvəti. Gizlicə görüşmək. Gizlicə danışmaq. - Deyirlər tüstüsüz bir şair yanar; Qəlbi öz dərdini ağlar gizlicə; Bəzən gözlərində gəlib dayanar; Sevdiyi çəmənlər, dağlar gizlicə. M.Araz.
2. Heç kəs bilmədən, heç kəsin xəbəri olmadan; məxfi. Uzaqdan bir kölgə [Səlim və Mehribanı] pusur, gizlicə təqib edirdi. S.Hüseyn. Bayandır xan .. [quldurların] üstünə gizlicə göz qoydurmuşdu. M.Rzaquluzadə. Mənə gizlicə baxır; Qəzəblə dolu gözlər. B.Vahabzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....