İzahlı lüğət

GİZLƏTMƏK

f. 1. Başqasının görməməsi, tapmaması üçün gizlin yerdə saxlamaq, gizlin, gözdən uzaq yerə qoymaq. Kəndlilər .. qorxularından uşaqları gərmə qalaqlarının içində gizlədib uçitelə deyiblər ki, bizim kənddə heç qədimdən uşaq olmaz. C.Məmmədquluzadə. [Səfər Gülnaza:] Telli məndən gizlədən kimi, sən də pulu atandan gizlədirsənmi? Çəmənzəminli.
Bildirməmək, hiss etdirməmək, sezdirməmək. Fikrini (niyyətini) gizlətmək. Qorxusunu gizlətmək. - Ələmdar titrəməsini gizlətməyə çalışaraq, dönüb buradan getmək istədi. S.Rəhimov. [Zəhra] ancaq halındakı dəyişikliyi də gizlədə bilmirdi. M.İbrahimov. // Bilə-bilə bir şeyi xəbər verməmək, üstünü örtmək. Heç bir şeyi gizlətmədən söylədi.
Bir şeyin üstünü örtmək, qapamaq. Bahadır yanı üstə çevrildi. Başını yorğanın altında gizlətdi. M.Hüseyn. Sifətini qulaqlı papaq altında gizlətmiş (f.is.) dəmiryolçu qarşımdan ötürdü. Mir Cəlal.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed