Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GİZLƏNPAÇ
is. Bir iştirakçının müxtəlif yerlərdə gizlənmiş qalan iştirakçıları axtarıb tapmasından ibarət uşaq oyunu. Gah gizlənpaç oynayır; Gah qaçhaqaç oynayır. R.Rza. Meşə içindəki talada hər gün; Gizlənpaç oynardım yoldaşlarımla. B.Vahabzadə. [Çiyələk Gülöyşəyə:] Oğlumgil hələ gizlənpaç oynayırlar. B.Bayramov.
□□ Gizlənpaç oynamaq məc. - açıqaçığına deyil, əsil fikrini gizlədərək hərəkət etmək. Qumru bu ağır fəlakət vaxtında [Qədirlə] gizlənpaç oynayırmış kimi gah görünür, gah batırdı. Mir Cəlal. Sirlərlə doludur bu böyük aləm; Gizlənpaç oynayır sənlə elə bil. H.Arif. Gizlənpaç oyunu məc. - hiylə, fənd, fırıldaq. [Nərminə:] Gizlənpaç oyunu nəyə lazımdır? B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....