Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GİRYAN
sif. və zərf [fars.] klas. Ağlayan, sızlayan, ağlağan, ağlar. Qan yaşım qılmaz vəfa, giryan gözüm israfına; Bunca kim, hərdəm cigər qanından imdad eylərəm. Füzuli. □ Giryan etmək (eləmək) - ağlatmaq, sızıldatmaq, gözü yaşlı etmək. Bir günüm sənsiz əgər keçsə min əfğan edərəm; Səndən ötrü bütün övladımı giryan edərəm. M.Ə.Sabir. Giryan olmaq (bəzən "gözü”, "didəsi” sözləri ilə) - ağlamaq, göz yaşı tökmək. Olduqca əlində oldu xəndan; Düşdükcə əlindən oldu giryan. Füzuli. Dərdindən didəsi giryan olmuşam.. M.P.Vaqif. Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq! M.Ə.Sabir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....