Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GİRİFTAR
sif. [fars.] Tutulmuş, düçar, mübtəla. [Pişik siçana dedi:] Çəngəlimə indi giriftarsan; Ta ki edirsən belə rəftar sən. S.Ə.Şirvani. □ Giriftar etmək - düçar etmək, məruz qoymaq, mübtəla etmək. Gər səhhətə qadir olsa bimar; Dərdə özün eyləməz giriftar. Füzuli. Giriftar olmaq - tutulmaq, düçar olmaq, məruz qalmaq, mübtəla olmaq. Dərdə giriftar olmaq. - Hər halda, əvvəl binadan yazıq taybuynuz öküzün günü qara gəlib, allahın qəzəbinə giriftar olubdur. F.Köçərli. Amma iki ay bundan sonra biçarə dayım oğlu ruh azarına giriftar oldu. C.Məmmədquluzadə. Biçarə [Zeynal] cürbəcür əzablara giriftar olub, sifətində dəqiqədə min rəng müşahidə olunurdu. Çəmənzəminli; // eyni mənada “eşqə” sözü ilə aşiq olmaq, vurulmaq. Eyləyibsən məni eşqə giriftar; Gündüzüm biqərar, gecələr bidar. M.P.Vaqif. Qəm evində zar olalı; Eşqə giriftar olalı; Yarımadıq yar olalı; Nə mən səndən, nə sən məndən. Q.Zakir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....