Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GİRƏVƏ
is. 1. Gizli yer; pusqu, marıq, qurğu. Girəvədə durmaq. - Əlavə olaraq ehtiyat üçün arxa girəvələrdə dəxi adamlar düzülmüşdü. S.Rəhimov. □ Girəvəyə salmaq - tora salmaq, aldatmaq. Ağaməcid .. hərifi girəvəyə salıb onun çiynindən bir təpik vurdu. Mir Cəlal.
2. Əlverişli vəziyyət, fürsət, imkan. Dovşan, tülkü, at, dəvə; Hərəsi söz deməyə; Axtarırdı girəvə. R.Rza. □ Girəvə düşmək fürsət düşmək, imkan yaranmaq. Güldəstənin analığının bir xasiyyəti var idi: əri biriki günlüyə bir yana gedəndə, onun da əlinə girəvə düşüb sübhdən axşamadək evi Güldəstənin ümidinə qoyub, tamam kəndi evbəev gəzərdi. Ə.Haqverdiyev. Girəvə tapmaq bax girəvələmək. Lakin [Gülyaz] özünü möhkəm saxladı və girəvə tapıb var gücü ilə canavarın qarnına vurdu. Q.Ilkin. [Kişi Vahidə:] Indisə düşmən mənə də girəvə tapdı, qurğu qurdu. B.Bayramov. Girəvəni əldən buraxmaq (qaçırmaq) - fürsəti əldən vermək, imkandan istifadə etməmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....