Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GİRƏCƏK
is. 1. Qapı ağzı, kandar, astana. Qazmanın girəcəyi. Girəcəkdə dayanmaq.
Sürətlə gedən maşın hündür bir evin girəcəyində durdu. Q.Ilkin.
Giriş; daxil olmaq, girmək üçün yer, yolun ağzı. Səlim .. uçub girəcəyə tökülmüş torpaqdan yana .. yığmağa başladı. Ə.Əbülhəsən.
Bir yerin başlanan hissəsi: başlanğıc, giriş. Kəndin girəcəyi. Parkın girəcəyi. Bağın girəcəyində bir heykəl yüksəlir. - [Mirzə Ismayıl:] Gərək qonağa, necə ki lazımdır qulluq eləyəsiniz. Əvvəla, ağsaqqallar hamısı qabaqlarında kəndin mollası, gərək kəndin girəcəyində gedib dayansınlar.. Ə.Haqverdiyev.
Böyük otaqların qarşısında olan kiçik otaq, şüşəbənd və s. Girəcəkdə oturmaq.
Bağır xurcunu aynabəndin girəcəyinə qoyub, üzünü Nazlıya tutdu.. I.Məlikzadə. // Sif. mənasında. Içəridə, yəni sol tərəfdəki girəcək otaqda üç adam var idi. Ə.Vəliyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....