Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GİRDAB
is. [fars.] 1. Bax burulğan 1-ci mənada. ..Gah sahil, gah girdab olur məskənim; Nə qədər bəlalı başım var mənim! Şaiq. Gah olur ki, cəbhə yarıb ordular basan; Bir igidi kiçik bir çay girdaba salır. S.Vurğun. Sabah qışsız, boransız bir həyat qurulanda; Bu girdabın suları aynatək durulanda.. R.Rza.
2. məc. Ağır, qorxulu hal, həyatın keşməkeşi, çıxılmaz vəziyyət. Noldu qəmimə gətirmədin tab; Qorxutdu məgər səni bu girdab? Füzuli. Batıb burulğana itir gözündən; Həyatın da belə girdabları var. O.Sarıvəlli.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla