Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GİLİZ
[alm.] ("gilza” sözünün canlı dildə tələffüzü). 1. Odlu silahlarda: alt hissəsində barıt və yandırıcı maddə, yuxarı hissəsində isə güllə və ya mərmi yerləşən altı bağlı silindrik borucuq. Deyib göstərdi o, iki berdanı; içində gilizi, üstündə qanı. H.K.Sanılı. Mahmud əlindəki boş gilizi döşəməyə sərilmiş yağlı əsginin üstünə atıb, eşiyə yüyürdü. M.Hüseyn.
2. Papirosun, içi tütünlə doldurulan kağız patronu. Giliz doldurmaq. Giliz qutusu.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....