Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GİLEYLƏNMƏK
f Giley etmək, şikayətlənmək, narazılıq etmək. Kəndlilər südün azlığından şikayət edir, çobanlardan gileylənirdilər. M.Hüseyn. Onlar yenicə evlənmişdilər. Məni toylarına çağırmadıqlarına gileyləndim. M.İbrahimov.
gileylənə-gileylənə zərf Şikayətlənərək, narazılıq edərək. [Hümmət:] Küncdə-bucaqda danışmaq arvad işidir, - deyə, astadan gileylənə-gileylənə eyvana çıxdı. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....