Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GİLEY
is. Narazılıq, şikayət. Nə xoş sitəmkarsan, zalimü xunxar; Onun üçün səndən çox gileyim var. M.P.Vaqif. Mənim günahım çox, sənin gileyin; Onların nəhayət zamanı deyil. Q.Zakir. Bəyimin ərki və gileyi Məmməd bəyi oxşadı. Çəmənzəminli. Giley etmək (eləmək) - şikayətlənmək, narazılıq etmək. Məktub sahibi gəldi idarəyə və ruznamənin təxirindən başladı giley eləməyə. C.Məmmədquluzadə. Giley etdikdə sənə, üz çeviribsən məndən; Gileyim var nə qədər səndən, a canan, sorma. Şəhriyar.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....