Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GƏZİŞMƏK
1. Bax gəzinmək 1-ci mənada. Dəhlizdə gəzişmək. - Mirzağa .. klubun böyükcə foyesində ağır addımlarla gəzişirdi. S.Hüseyn. Şəhərin məşhur taciri Hacı Xuduş otaqda o tərəf-bu tərəfə gəzişir. H.Nəzərli.
f Açıq havada istirahət və ya vaxt keçirmək məqsədilə gəzmək; gəzinmək.
Bağda gəzişmək. Parkda gəzişmək. - Yay fəslində, bir gün axşam çağında; Gəzişirdim Qız qalası dağında. A.Səhhət. Gəzişək qolqola sahil boyunca; Gəl-gəl Xəzərimin qırağına, gəl! S.Rüstəm. [Yaşar] ayağa durub gəzişsə idi, bəlkə bir qədər qızışardı. M.Rzaquluzadə.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....