Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GƏZİNMƏK
f 1. Ağır-ağır yerimək, o başbu başa gəzmək, var-gəl eləmək. Tamaşaçılar foyedə gəzinirdilər. - Bahadır Sonanın dalınca diqqətlə baxdı, sonra xeyli vaxt otaqda gəzinib birdən oturdu. N.Nərimanov. [Molla Xəlil] o baş-bu başa gəzinir, qalın bir qaranlığa bürünən kəndə baxırdı. S.Hüseyn. Soltan bəy acıqlı-acıqlı ora-bura gəzinir. U.Hacıbəyov.
Gəzmək, dolaşmaq. Oba itlərini heç sevməzdim, çünki onların qorxusundan obada tək və azad gəzinə bilmirdim. A.Şaiq. Gəzinir gənc Osman əlində tüfəng; Baxır ulduzlara o körpəpələng. H.K.Sanılı. Dağların döşündə gəzinən çoban; Dərdlənib neyini çaldığı zaman... S.Vurğun.
Bax gəzişmək 2-ci mənada. Qüdrət sahildə nə qədər gəzindiyini bilmədi. M.Hüseyn.
məc. Bir şeyin əlamətləri görünmək, zahir olmaq, nəzərə çarpmaq. Bəxtiyarın tərdən işıldayan yanağında bir sevinc gəzindi. M.Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....