Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GƏŞT
is. [fars.] Gəzmə, dolanma, seyr, səyahət. □ Gəşt etmək (eləmək, qılmaq)
gəzmək, seyr etmək, dolaşmaq. Durdular iki qardaş, atları yəhərləyib dedilər: - Gedək bir qədər gəşt eyləyək, tainki bəlkə bir fikrimiz dağıla. (Nağıl). Əcəl gəşt eyləyib göydən enəndə; Heyif, cavanları salı kəməndə.. Aşıq Ələsgər. Gəştə çıxmaq - bax gəşt etmək. Bir üzü gül, rəngi lalə, zülfü tər; Gəştə çıxıb dərər tazə bənövşə. M.P.Vaqif. Yeddi gündür xanım çıxıbdır gəştə; Qapılar gəzməkdən macal da yoxdur. Aşıq Hüseyn.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....