Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

GƏRGİNLİK

is. 1. Gərgin şeyin hal və vəziyyəti. Zəncirin gərginliyi. - Şofer traktoru işə salıb təkərini yavaş-yavaş burmağa, kəndirin gərginliyini artırmağa başladı. Mir Cəlal.
Son dərəcə qüvvə, diqqət, enerji tələb edən hal. Əzələlərin gərginliyi. Gözlük gözləri gərginlikdən qoruyur. Işin gərginliyi. [Firidunun] yorğunluqdan tutulmuş üzündə və gözlərində bir gərginlik vardı. M.İbrahimov. [Cahandar ağanın] ürəyi az qaldı köksünü partladıb çıxsın, daxili gərginlikdən qulaqları ağrıdı. İ.Şıxlı.
məc. Ağırlıq, çətinlik; gərgin, çətin vəziyyət, gərgin hal. Beynəlxalq gərginliyi zəiflətmək. - O, öz məruzəsində eyni zamanda olan vəziyyətin gərginliyindən istifadə edən və yaxud özünü itirən adamları göstərmək istəyirdi. S.Rəhimov.
fiz. Qüvvə, temperatur və b. xarici təsir nəticəsində cisimdə baş verən təzyiq qüvvəsi və ya genəlmə kəmiyyəti.
fiz. tex. Elektrikin, cərəyanın gücünü göstərən fiziki halı. Gərginliyi 220 volt olan elektrik cərəyanı. Yüksək gərginlik xətti.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....