Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GƏRDƏNBƏND
is. [fars.] 1. Boyunbağı (qadın bəzəyi). Gərdənbənd taxmaq. - ..Övrətlər baş örtülərini dal tərəfdən bağlardılar və qabaq tərəfdən boyunları açıq qalardı; boğazı və gərdənbəndləri görsənərdi. Məmmədquluzadə. [Hacı Kamyab] ..mücrüdən bir ədəd mirvari gərdənbənd çıxardıb qızının boynuna keçirdi. Ə.Haqverdiyev. [Çimnazın] boynundan salxım-salxım qızıl gərdənbəndlər, zəncirlər və sap-sap mirvari boyunbağılar asılmışdı. Ə.Məmmədxanlı.
2. B ax gərdənlik 1-ci mənada. Atıngərdənbəndi.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....