Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GƏNCLİK
is. İnsan həyatının yeniyetməlikdən yetkinliyə qədər olan dövrü, gənc yaşlar, cavanlıq (qocalıq ziddi). Insanın çocuqluğu və gəncliyi keçmişin qoynunda basdırıldığı üçün o, daima keçmişi xatırlamalıdır. M.S.Ordubadi. Gənclik eylə bir nemət ki, onunla hər şey insana xoş görünür. H.Cavid. Gənclik - arzuların uçuş nöqtəsi.. B.Vahabzadə.
top. Yetişməkdə olan nəsil, gənc nəsil; cavanlar. Dünyanın demokratik gəncliyi.
Qoynumuzda ana yurdun öz atalıq haqqı var; Qoy baş əysin gəncliyimiz ataları görəndə. S.Vurğun. Həyatın bu dövrünə xas olan, aid olan. Gənclik vüqarı. Gənclik qüruru. Gənclik həvəsi. - Etdi məni gənclik şövqüm əhatə; Verdim sərsəm küləklərə könlümü. M.Müşfiq. Sanki [Fərhadoğluna] dağlardan güclü bir gənclik qüvvəti gəldi. S.Rəhimov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla