Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

GƏNCLƏŞMƏK

f 1. Getdikcə gənc olmaq, cavanlaşmaq, yetkinləşmək. Gəncləşmək [Muradın] əlində deyildi. Onu təbiət qocaltmışdı. S.Hüseyn. Könül istər şeir yaza; Gəncləşirəm yaza-yaza. S.Vurğun. Getdikcə Kərim daha yekəlib kişiləşir, Səlim isə boy atıb gəncləşirdi. S.Rəhimov. // məc. Özünü gənc kimi hiss etmək, qıvraqlaşmaq. Vannalardan sonra lap gəncləşmiş kimiyəm.
məc. Tərəqqi etmək, inkişaf etmək, yeniləşmək. Dönməz oğulların iradəsindən; Gəncləşir qocaman Vətən torpağı. S.Vurğun. Hər gün bir il gəncləşən boy atan bir ölkədə; Nə qədər nəğmə vardır hələ bəstələnməmiş. R.Rza.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....