Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GƏMİRMƏK
f. 1. Bərk bir şeyi dişlərilə dişləmək, bərk sıxıb parçalamaq, çeynəmək; didişdirmək. İtin peşəsi sümük gəmirmək olar. Əlini gəmirmək. - Həsi çalışıb Hatəmxanın sağ əlinin baş barmağını iti dişləri arasına keçirtdi, bütün qüvvəti ilə elə gəmirdi ki, Hatəmxanın qolu keyiyib dondu.. S.Rəhimov. [İt] əsla tələsmədən əti götürdü və bir-iki addım kənara çəkilib ədəblə gəmirdi.. M.Rzaquluzadə.
Çeynəmək, yemək, qırıb tökmək. Siçan ipləri gəmirib. - [Novruzəli:] ..Qoy ulağın qıçını bağlayım, yoxsa gedər ağacları gəmirər. C.Məmmədquluzadə. // Məc. mənada. Az qalır sahili gəmirsin dəniz; Tufan içindədir bu gün ölkəmiz. S.Vurğun. Dənizdə tufan qalxır, Xəzərin ağ köpüklü çılğın dalğaları sahili gəmirirdi. M.Hüseyn.
Bir sıra isimlərlə yanaşı gələrək mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: bığını gəmirmək, içini gəmirmək, ürəyini gəmirmək.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....