İzahlı lüğət

GƏMİ

is. Su nəqliyyatı vasitəsi. Yelkənli gəmi. Hərbi gəmi. Ticarət gəmisi. - Gəmisini itirən çarığını axtarmaz. (Ata. sözü). Elə bil gəmilər suda üzməyir; Əlvan çiçəklərin içində üzür. O.Sarıvəlli. □ Gəmi dəftəri - gəminin keçdiyi yerlər, vaxt, baş verən hadisələr, qərarlar və s. qeyd olunan dəftər. Gəmirestoran - restoran kimi istifadə olunan gəmi. Hava gəmisi - təyyarə və s. uçucu nəqliyyat vasitəsi. // Şairanə təşbehlərdə. Bəxtinin gəmisi qəm dəryasında; Düşüb qasırğaya, tufana gedir. M.Rahim.
□□ Gəmiləri (gəmisi) dənizdə (dəryada) batmaq (qərq olmaq) - iflasa uğramaq, varyoxu əldən çıxmaq, müflis olmaq (çox qəmli, qüssəli, kədərli adam haqqında). Elə qəmgindir, elə biləsən, gəmisi dənizdə batıb.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed