Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GƏDƏ-GÜDƏ
top. nifr. Keçmişdə aşağı təbəqələrə mənsub adamlara verilən təhqirli ad. [Xırdaxanım:] ..Başın qarışıb gədə-güdəyə, uşaq-muşağa, gecələr qumar, gündüz qumar. N.Vəzirov. [Sara xanım:] Murad bəyin o qədər mülkünü, bağını əlimizdən alıb öz gədə-güdələrinizə vermisiniz. Qantəmir. // top. Nökərlər. [Məhərrəm bəy:] Ay Hacı, işlər olub çox, özüm də tək, əgər gədə-güdə ümidinə qoyursan, hərəsi bir tərəfə çəkib evini dağıdır. S.S.Axundov. // məc. zar. Adi adamlar, cəmiyyətdə aşağı mövqe tutan adamlar. Olmaya damağına xanımlıq şirnisi dəyəndən sonra nazlanmısan, daha gədə-güdəyə məhəl qoymaq istəməyirsən? B.Talıblı.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....