Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)
GƏDA
is. [fars.] 1. köhn. Keçmişdə yoxsul, aşağı təbəqədən olan adamlara verilən ad. Kükrər dağlar, bir-birinən deyini; Seçmək olmaz gədasını, bəyini.. Aşıq Ələsgər. [Rizvan:] İnsan dimağı birdir, istər padşah olsun, istər gəda. Ə.Haqverdiyev. [Qoca:] Bizim üçün şah və gəda təfavütü yoxdur. A.Divanbəyoğlu.
məc. nifr. Səviyyəsiz, ləyaqətsiz adam haqqında. Gədaya borclu olma, ya toyda istər, ya bayramda. (Ata. sözü). Mən Həcərəm, əbrü ətləs geymənəm; Hər yetən gədayə boyun əymənəm. Aşıq Ələsgər. Ah, nə çıxılmaz yol imiş bu sevda; Tən etdi hər görən, güldü hər gəda. H.Cavid. // məc. Dilənçi, fəqir, yazıq, binəva. Camalın sədqəsi, hüsnün zəkatı; Mənim tək binəva gədayə düşər. M.V.Vidadi. [Təhmas bəy:] Əlimə çörəkçin baxan bir gəda; Salıb varlığımı biryanar oda. S.Rüstəm.
Bax gədə 1-ci mənada. Rəhmə gəlib, padşahım, deməzsən; Harda qalıb bu dərgahın gədası. Q.Zakir. [Ağaməhəmməd xan:] ..Ən ədna gədanın mənə yazığı gəlir, hamısının ədavətini qəlbimdən çıxararam. Ə.Haqverdiyev.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....