Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

GEYİNMƏK

qayıd. 1. Öz-özünü geyindirmək, əyninə, yaxud ayağına bir şey geymək. Mirzə durub libasını geyinib getdi usta Zeynalın dükanına. Ə.Haqverdiyev. Camal həmin saat qalxıb geyindi. M.Rzaquluzadə. Dan yerinə səda düşəndə Firəngiz geyinib hazırlaşmışdı. B.Bayramov.
Bu və ya başqa dəbdə, keyfiyyətdə, növdə paltar geymək. Qısa geyinmək. Ipəkpaltarlar geyinmək. - Getdik və yol gedərkən dostumu nəzərdən keçirdim, .. başdanayağa şıq geyinmişdi. Çəmənzəminli. Biz qalstuk taxırıq; Biz dəblə geyinirik. B.Vahabzadə.
məc. Örtülmək, üzərinə pərdə çəkilmək. Çöllər yaşıl geyinmişdi. - Geyinmiş dan yeri yenə qırmızı; Doğmuş səhərlərin müjdə yıldızı. S.Vurğun. Dərə-təpə al geyindi; Açdı əlvan gülün dağlar. Aşıq Şəmşir.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....