Davamiyyət balınız
Sizin hazırki nikiniz (ləğəbiniz)

GETMƏK

f 1. Addım ataraq hərəkət etmək; yerimək, addımlamaq. Asta-asta getmək. İti getmək. Piyada getmək. Yolla getmək. Yanınca getmək. // Bir yerdən başqa yerə varmaq. 0ah Səlməxatuna işarə etdi ki, hərəmxanaya getsin.. M.F.Axundzadə. [Kərbəlayı Qubad:] Gedirəm Sijimqulu bəyin yanına. Ü.Hacıbəyov. // Nəqliyyat vasitəsində hərəkət etmək. Qatarla getmək. Araba ilə getmək. Kəndə atla getmək. // Bir yerə gedərkən birisinə yoldaşlıq etmək. Qardaşı da onunla şəhərə getdi. // Başqa yerə varmaq üçün olduğu yerdən ayrılmaq, yola düşmək, istiqamət almaq. Xaricə getmək. Bağa getmək. Dənizə getmək. - Əziz Kamalı anasına tapşırıb cəbhəyə getdi. S.Rəhman. // Eyni mənada nəqliyyat vasitələri haqqında. Qatar gecə gedir. Təyyarə saat 6-da gedir. // Olduğu yeri tərk etmək, oradan çıxıb getmək. Evdən getmək. Şəhərdən getmək. Dərsdən getmək. İclasdan yarımçıq getmək. [Oğlan] getmək istəyir, zəng çalınır, Sona gəlir. H.Nəzərli.
Başqa bir yerə köçmək, yaşayış yerini dəyişmək. Yaylağa getmək. - İrəvanda Cəfərabad məhəlləsində oturan kazak qoşunları iyunun ikisində Kəpəgir dağında yaylağa gedəsi idilər. C.Məmmədquluzadə.
Keçmək, ötmək, keçib getmək. Xiyabanla getmək.
dan. Özünə sənət, peşə seçmək, bir işin dalınca varmaq. Həkimliyə getmək. Müəllimliyə getmək. - Heç bilmirəm, niyə xalq bu tərtəmiz qələm işinə getdi, sən bu gilkərpic işinə. S.Rəhimov.
Yolda, hərəkətdə olmaq (göndərilən şey haqqında). Təyyarə Bakıdan Daşkəndə neçə saata gedir?
Cərəyan etmək, vaqe olmaq, davam etmək. Sinifdə dərs gedir. Məşğələ yaxşı gedir. - ..Çarpışma konsullar yerləşən məhəllələrdən çox uzaqda gedirdi. M.S.Ordubadi. Bu qayda ilə ata ilə oğul arasında söhbətlər gedir. S.Rəhimov. Çöldə qızğın biçin gedirdi. S.Rəhman.
Yaxınlaşmaq, az qalmaq. Günəş batmağa doğru gedirdi. M.İbrahimov.
Bitmək, qurtarmaq, ötmək, keçmək, sona çatmaq. Ömür getdi. Cavanlıq getdi.
Qış getdi, bahar oldu; Çöllər, təpələr doldu; Şən üzlü mələklərlə. A.Şaiq [Xurşud:] Gün gedib, aylar dolandı, padşahım gəlmədi. Ü.Hacıbəyov. Qış da yavaş-yavaş qarı və soyuğu ilə ötüb getdi. Çəmənzəminli. // Yox olmaq, əldən çıxmaq. İt də getdi, ip də. (Məsəl).
Lazım olmaq, çatmaq, sərf olunmaq. Xalata 5 metr parça gedir. - Bir quyunun qazılmasına gedən vaxtın yarıdan çoxunu başqa işlər aparır. M.İbrahimov. // Ehtiyacı ödəmək, bəs olmaq, görmək. Bu palto üç il gedər. // Xərclənmək, sərf edilmək, işlənmək. Bu qədər pul hara getdi?
Tamaşaya qoyulmaq, göstərilmək. Operada nə gedir? “Azərbaycan” kinoteatrında “Koroğlu” filmi gedir. - Bu axşam dram teatrında “Sevil” tamaşası gedirdi. S.Rəhimov.
Aparıb çıxarmaq (yol haqqında). Bu yol Göy gölə gedir.
məc. Ölmək, dünyanı tərk etmək. Mən gedərəmsə məramım genə dünyadə durar. M.Ə.Sabir. Ey könül, bu acı hisslərdən əl çək? İnsan bir gün gəlmiş, bir gün gedəcək. M.Müşfiq.
Evlənmək, ərə getmək. [Şahsənəm:] Ana, razı olun, gedim Qəribə; Ana, mən yazığı nə dindirirsən? “Aşıq Qərib”. [Nazlı:] Dadaş, and olsun Allaha, mən Mirbağır ağaya getməyəcəyəm. C.Məmmədquluzadə. [Sənəm:] Heç bunun kimi gözəl qız qoca kişiyə gedərmi? Ü.Hacıbəyov.
Bir ünvana göndərilmək, çatdırılmaq. Məktub Moskvaya gedəcək. - [Nərgiz Səməndərə:] Həmin bu kitab instituta gedəcək, .. mühafizə olunacaqdır. B.Bayramov.
məc. Rəvac olmaq, satılmaq. Mal yaxşı gedir.
Axmaq, cərəyan etmək (maye haqqında). Evin dalından su gedirdi.
Bir sıra isimlərə qoşularaq müxtəlif ifadələr və mürəkkəb feillər düzəldilir; məs.: fikrə getmək, xəyala getmək, rəngi getmək, əldən getmək.
□□ Getsin gəlməsin - təkrar olunması arzu edilməyən hadisə və ya bir iş haqqında söylənir. Ağır günlər getsin gəlməsin. - [Kəblə Məhəmməd:] Ay usta, o illər getsin gəlməsin! Yadıma salma. Mənim də başıma az iş gəlmədi. Çəmənzəminli. Az getdi, üz getdi, dərə, təpə düz getdi... - Azərbaycan nağıllarında "çox getmək” mənasında işlədilir.
get-gedə bax getdikcə. [Zeynal] getgedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı. S.Hüseyn. Muxtar get-gedə narahat olur, hətta darıxmağa başlayırdı. B.Bayramov.
Öz fikrinizi bildirin

Yazılmış səhrlər

Bu sözün mənasına şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı "Öz məlumatınızı göndərin" düyməsini basın.
Əvvəlcədən təşəkkürlər
Hörmətlə
Shagird.az

Bağla
.....